Məqsəd və vəzifələr

Yaradıcı Könüllülər Hərəkatı

“Kreativ Azərbaycan Könüllüləri” Hərəkatının təsis edilməsində ən ali məqsəd mədəniyyət sahəsinə könüllüləri cəlb edərək bu sahənin əhatə etdiyi bütün istiqamətlərin inkişafının bir parçası olmaqdır. Yaradıcılığın müxtəlif sahələri ilə məşğul olan (məşğul olmuş) insanları könüllülük fəaliyyətinə cəlb etmək, ölkənin mədəni həyatında keçirilən mədəni kütləvi yerli və beynəlxalq tədbirlər, aidiyyəti üzrə araşdırmalar, seminarlar və qanunvericilikdə qadağan olunmamış formada bütün istiqamətlərdə könüllülərin rolunu artırmaq əsas məqsədlərdən biridir.

Bununla yanaşı, mədəniyyət sahəsində fəaliyyət göstərən, təhsil alan və digər formalarda yaradıcılıqla məşğul olan insanların vahid könüllülük bazasını formalaşdırmaq qarşıda duran vəzifələrə daxildir. Qarşıda duran əsas vəzifələrdən biri də yaradıcılığın müxtəlif sahələrində nailiyyətlər qazanmış, tanınmış şəxslər tərəfindən könüllü əsaslarla təcrübələrinin bölüşməsi üçün proqramların  hazırlanması, görüşlərin və digər fəaliyyətlərin təşkil edilməsidir. Bundan əlavə, yaradıcı könüllüləri stimullaşdırmaq, onlara komanda işini aşılamaq və asudə vaxtlarının səmərəli təşkili istiqamətində düşərgələr və təlimlərin keçirilməsi də nəzərdə tutulan tədbirlər planının tərkib hissəsidir.