Faydaları

Yaradıcı Könüllülər Hərəkatı

Könüllülər qazanacaq:

Hərəkatın bir parçası olan hər bir könüllü müxtəlif tədbirlərdə iştirak edərək könüllülük təcrübəsi əldə edəcək, asudə vaxtın səmərəli təşkili istiqamətində “Kreativ Azərbaycan Könüllüləri” Hərəkatı çərçivəsində təşkil edilən ödənişsiz kamplar, təlimlər, intellektual oyunlar və s. bu kimi fəaliyyətlərə qatılmaq imkanı əldə edəcəkdir. Bu kimi fəaliyyətlərdə iştirak etməklə yanaşı könüllülər yaradıcılığın müxtəlif sahələrində nailiyyətlər əldə etmiş, tanınan simalarla görüşərək onların təcrübələrindən faydalanacaqdır. Davamlı uğurlu fəaliyyətə görə əlamətdar günlər və il yekunu tədbirlərdə müxtəlif nominasiyalar üzrə təsis olunmuş mükafatlar qazanacaqdır.

      

Mədəniyyət qazanacaq:

Yaradıcılığın müxtəlif sahələri ilə məşğul olan (məşğul olmuş) insanları könüllülük fəaliyyətinə cəlb etməklə ölkənin mədəni həyatında keçirilən mədəni kütləvi yerli və beynəlxalq tədbirlər, aidiyyəti üzrə araşdırmalar, seminarlar və qanunvericilikdə qadağan olunmamış formada bütün istiqamətlərdə könüllülərin fəaliyyətindən yararlanmaq və mədəniyyət sahəsində fəaliyyət göstərən, təhsil alan və digər formalarda yaradıcılıqla məşğul olan insanların vahid könüllülük bazasını formalaşdırmaq.