Komandamız

Komandamız haqqında

“Kreativ Azərbaycan” portalı Azərbaycanda yaradıcı və mədəniyyət sənayelərinin (YMS-lər) inkişafı üçün zəruri münbit ekosistemi dəstəkləməklə yaradıcı və mədəniyyət sənaye sahələrinə dair maarifləndirmə və təbliğat fəaliyyətlərinin həyata keçirilməsini, yaradıcı məhsullar və xidmətlərin yerli istehsalı, tanıtımı və ixracını təşviq edir.

Portalın yaradılmasında məqsəd sahəvi inkişaf proseslərinin dəstəklənməsi və əlaqələndirilməsi üçün əlverişli platformanın təmin edilməsi, eləcə də gələcəkdə “Kreativ Azərbaycan” brendinin yaradılması üçün zəruri mühitin formalaşmasıdır. Bu brend gələcəkdə Azərbaycanın yerli yaradıcı məhsulları və xidmətlərinin ölkə daxilində və eləcə də xarici bazarlarda tanıtımı və satışı məqsədilə fəaliyyətlərin əlaqələndirilmiş şəkildə həyata keçirilməsinə, ölkəmizdə bu sənayelərin yaradıcı potensialının üzə çıxarılmasına və onun dayanıqlı təşviqinə dəstək göstərəcəkdir.

Bizim komanda