Məzmun

Yaradıcı Könüllülər Hərəkatı

Ölkəmizdə bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də dövlət siyasətinin icrası zamanı könüllülərin böyük rolu olmuşdur. Məlum olduğu kimi, Azərbaycan Respublikasının mədəniyyət sahəsində dövlət siyasəti mədəni irsin qorunması və təşviqi, yaradıcı və mədəniyyət sənayelərinin inkişafı, mədəni sərvətlərin yaradılması və təbliği istiqamətində dövlətin rəhbər tutduğu prinsiplərlə səciyyələnir. Mədəniyyət və yaradıcı sənayelərə dair mədəni kütləvi yerli və beynəlxalq tədbirlər, aidiyyəti üzrə araşdırmalar, seminarlar və qanunvericilikdə qadağan olunmamış formada bütün istiqamətlərdə könüllülərin rolunu artırmaq məqsədi ilə “Kreativ Azərbaycan Könüllüləri” Hərəkatının yaradılması və bu kontekstdə müxtəlif proqramların reallaşdırılması nəzərdə tutulmuşdur.