Könüllü
NEXT STEP İnnovation Center-də SIL(Sosial Innovation Lab) - in təşkil etdiyi BeBonobo saytının təqdimatında iştirak etmişəm bu həmçinin BeBonobo "Hədiyyələşmə Günü" kimi keçirilirdi. Özümü inkişaf etdirmək istəyirəm məhz ideyalarımı və düşüncələrimi. Bunun üçün hal-hazırda sizin könüllülük proqramını şans kimi görürəm.
03.08.2002
Könüllü
"* 2010 Qazaxstanda keçirilən ""Xəzəryanı ölkəlırin sənət festivalı"" * 2012 Tatarstan respublikasında keçirilən ""Dəri üzərində tətbiqi sənət"" festivalı * 2015 Türkmənistan respublikasında""türk millətlərinin festivalı"" * 2016 Malasiyada keçirilən ""Beynəlxalq Handcraft festivalı"" * 2019 Səudiyyə Ərəbistanında keçirinən beynəlxalq ""Camel festival"",""Nomand Universe"",""World Folklor Vision"" festivalların hər üçündə birdən iştirak. * 2019 Florensiya ""83 cü beynəlxalq əl işləri festivalı"" * 2016-2018 Bakıda Formula 1 yarışmalarında mədəni bölmədə xalq tətbiqinin tanıtımı,ustad dərslər * 2009-2019 Bakıda keçirilən müxtəlif sənətkarlıq festivalları * 2017-Şopping festival * 2017-2019 Bakı ""Novruz festivalları"", Sənətkarlıq festivalının"" Təşkilatçısı və iştirakçısı * Yaradıcılığım haqda məqalə:""AZƏRBAYCAN XALÇALARI ""2012 4 cü buraxılış"
04.07.1974
Könüllü
Mən Nuranə Əzizli Universitetdə təhsil aldığım müddətdə YAP sədr müavini, TGT sədr müavini olmuşam. Aztv MAG verlişində 2 aylıq müxbir olmuşam. Asan xidmətdə 2 aylıq könüllü olmuşam. Bakıda keçirilmiş 4cü İslam oyunlarının açılış, bağlanışında iştirak etmişəm. Yarat mərkəzinin təşkilatçılığı ilə "yoqa və sağlamlıq festivalı" da könüllü olmuşam. 2019 24-26iyun United Nations Public Service Forum participant, 2019 menecment innovasiya forumunda iştirak etmişəm. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Asan 3-ün təşkilatçılığı ilə keçirilmiş tədbirin aparıcısı olmuşam. Baku 2019 European youth olymic festival açılış bağlanışda qonaq olmuşam. Ümumilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunmuş "Ulu Öndər" sənədli filminin və eyni adlı mahnının təqdimatındaiştirak etmişəm. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Heydər Əliyev Mərkəzinin birgə həyata keçirdiyi " Heydər Əliyev siyasi məktəbini öyrənirik" Gənc Liderlər Proqramına seçilmiş 50 gəncdən biri olmuşam.
17.02.1997
Könüllü
"Müəllifi olduğum 4 roman var. 3- ü rəflərdədir. Çelişki - 2015 (Lopus Yayınları, Türkiyə) Xəzri - 2019 (Hədəf Xan Nəşrləri - Azərbaycan) Gecenin Parıltısı - 2019 (Müptela Yayınları, Türkiyə) Gecenin Parıltısı internetdə 1 Milyondan çox oxunmuşdur və hazırda Türkiyənin bütün kitab yerlərində satışdadır. Halef adlı romanım isə yaxın müddətdə çap olacaq. Hazırda isə 125.000 oxuyucuya sahibdir internetdə. Əlavə olaraq EYOF'da Security üzrə tək məsul könüllü, İqtisasçıların Yay Düşərgəsində HR və Təşkilatçı, Hackation 2019'da Könüllərin Məsul Şəxsi kimi fəaliyyət göstərmişəm. Bundan əvvəl bir çox layihədə (düşərgədə və s) fəaliyyətim olub."
04.02.2001
Könüllü
2015-ci ildən günümüzə qədər bir neçə layihə, seminar və festivallarda iştirak etmişəm. Onları qeyd edirəm(yadıma düşənləri yazıram) Bond Street Theatre - Sülh üçün drama layihəsi/aktyor. Amerikalı S/F Rejissoru Lisa Leemanın Sənədli film seminarları. Azərbaycan gənclərinin beynəlxalq film festivalı. İstanbul - Türk Sineması yay məktəbi. Gənclərin Yaradıcılıq Emalatxanası.
24.07.1994
Könüllü
Könüllü
Azərbaycan Dövlət Televiziyası QSC-nin çəkdiyi kinorejissor Zeynəb Kazımova haqqında "Kinomuzda zərif izlər" adlı sənədli filmdə rol almışam. 2014-cu ildə İctimai telekanalda cəng alətindən bəhs edən "Yurd inciləri" verilişində çəng alətinin sələfi Ardadan bəhs edilib mən de ifa etmişəm. 2013-cu ildə G.G.Şaroyev adına 35 nömrəli musiqi məktəbində, sonra isə Azərbaycan və Alman Mədəniyyət Mərkəzi Kapelhausda solo konsertlə çıxış etmişəm. 2017-ci ildə Bakı Musiqi Akademiyasinda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-,cür ildönümünə həsr olunan konsertdə iştirak etmişəm. Həmin ildən də "Gənclərə dəstək" layihəsinin bir il ərzində keçirilən konsertlərinin iştirakçısı olmuşam, Xalq Çalğı Alətləri orkestrı ilə, solo nümunələrlə, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrı ilə çıxışlarım olub. Üzeyir Hacıbəyli adına X Beynəlxalq Musiqi Festivalında iştirak etmişəm. Tələbəlik illərində "Mezzo" jurnalında arfa musiqi aləti haqqında məqaləm dərc edilib. 2013-cü ildən Azərbaycanin Əməkdar artisti Çiçək Rzayevdən ifaçılıq dərsləri alıram. 2019-cu ildə isə "Mədəniyyət" jurnalında "50 il Arfa sənətinin xidmətində" adlı məqaləm dərc edilib. Təhsil sahəsində də uğurlar əldə etmişəm, fəxri fərmanlarla layiq görülmüşəm. "İlin gənc müəllimi" -2019 layihəsində final mərhələsində onluğa keçən müəllimlərdən biriyəm.
22.06.1990
Könüllü
Maliyyə savadlılığı, ISO keyfiyyətin idarə olunması, "İrəli" İctimai Birliyi - Hesabat Konfransı, NewMən layihəsi, PMP nədir?, Layihələrin İdarə olunması, NLP və elevator speech, Mənim İlk Təqaüdüm, Bisnes Planı necə yazılmalı?, Düşüncə Labirintləri, Könüllülük Akademiyası 2, BAŞla layihəsi - Binqədi Gənclər Evi; Sosial Media Marketinq nədir? Fərdi İnkişaf forumu, Xaricdə Təhsil forumu, Uğur forumu, Qəbələ festivalında iştirak etmişəm. Markzone.az saytında müəllifi olduğum bir neçə məqaləm var. Buna misal olaraq "Uğurlu Layihələrin Təşkili Üsulları" məqaləsini göstərə bilərəm. Azəbaycan Gənclər Fondu tərəfindən Bakı Gənclər Mərkəzində təşkil olunan Könüllülər İli ilə bağlı görüşdə təşkilatçı olmuşam. "Kim, Nə? Harada? Nəsimi Kuboku üzrə intellektual oyun" Azərbaycan Gənclər Fondu tərəfindən qranta layiq görülmüş və mən də təşkilati dəstək vermişdim. Könüllülər həftəsi çərçivəsində həyata keçirilən Könüllülər forumunun təşkilatçılarından biri olmuşam. "Digital Marketing" nədir?, Təhsil Biznesinin İdarəolunması, Öz Kouçun Ol! təlimlərində iştirak etmişəm.
18.07.2003
Könüllü
"Qeyd olunan kriteriyalarda İştirakçı olduğum tədbirlər yoxdur, təşkilatçısı olduqlarımı qeyd edirəm. Çalışdığım dövrlərdə müəssisə daxili təşkil olunan tədbir, ümumrespublika toplantıları və beynəlxalq konfransları detallı qeyd etmirəm. Aşağıda göstərilən layihələr tərəfimdən sürülən təşəbbüslər və müstəqil şəkiləd icra olunan layihələrdir. • “UNESCO-da Azərbaycan irsi-10"" -Gənclər Fondu • Sağlam gələcək naminə ailə portalının yaradılması-QHT-lərə Dövlət Dəstəyi Şurası • “Azərbaycançılıq ideyasının mədəniyyət müəssisələrində təbliği”-QHT-lərə Dövlət Dəstəyi Şurası • “Qardaş regionların vətənpərvər şagirdlərinin dünya azərbaycanlılarına töhfəsi”-Gənclər Fondu • Mədəniyyət, Təhsil Nazirliyi, QHT-lərə Dövlət Dəstəyi Şurası, Gənclər Fondu, Yap Gənclər Təşkilatı, Tələbə Gənclər Təşkilatı ilə birgə keçirilmiş Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban xanım Əliyevanın siyasətinin davamı olaraq Azərbaycanın milli mədəni irsinin qorunmasına, tanıdılmasına və təbliğinə xidmət edən “Kəlağayı günü” təbliğat aksiyasının təşkili • ""Azərbaycan müasir uşaq mahnıları-2020"" Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi- ""Sosial layihələr"" müsabiqəsi çərçivəsində • “Notların möcüzəsi” estetik zövqün formalaşdırılması layihəsi ( QHT-lərə Dövlət Dəstəyi Şurası ilə Mədəniyyət Nazirliyinin 2020-ci il üçün elan etdiyi müsabiqənin qalibi) layihələrinin rəhbəri. “Save the children” təşkilatının beynəlxalq təcrübələr əsasında hazızrlanmış 16 mövzu üzrə təlimlərində iştirak etmişəm və 20 region məktəblərində müəllimlər üçün təşkil olunan təlimlərin təlimçisi olmuşam : Tolerantlıq,Danışıqların aparılması,Uşaq Hüquqları,Konfliktli tərəflər arasında vasitəçilik, Problemin həlli, Səmərəli ünsiyyət, Stiqma və qərəzlilik, Əməkdaşlıq, Uşaq iştirakının vacibliyi, Mədəniyyətlərarası ünsiyyət, Müstəqil qərar qəbul etmə, Barışıq, Nəsillərarası münasibət, Gender və gender streotipi, Ətraf mühitə qayğı, Fəal vətəndaşlıq mözvları Eyni zamanda layihə təkliflərinin hazırlamanması üzrə təlimçi olmuşam və layihə çərçivəsində çap olunan kitabın həmmüəllifi kimi iştirak etmişəm. Zənnimcə çox uzun oldu. Ehtiyac qaldığı təqdirdə siyahını davam etdirə bilərəm.
10.04.1986
Könüllü
" Mən Nəcəfzadə Zeynəb 2005-ci ildə Bakı şəhərində anadan olmuşam.Hal-hazırda Bakı Avropa liseyinin IX sinfində oxuyuram. 2009-cu ildən gimnastika ilə məşğul olmuşam və “Azəri inciləri“ rəqs ansamblında uğurla çıxış etmişəm. Müxtəlif mövzulu rəsmlər çəkməyi çox sevirəm. 2011-2012-ci ildə Uşaq-Gənclər Yaradıcılıq Qalereyasının “Təsviri-tətbiqi” sənət salonunun şagirdi olmuşam. Lap kiçik yaşlarımdan rəsm çəkməyə başladığım üçün hazırda 150-ə yaxın rəsm əsərim var. 2013-2018-ci illərdə Q.Qarayev adına Mərkəzi İncəsənət məktəbinin skripka şöbəsində təhsil almışam. Skripka və fortepianoda çala bilirəm. Respublikamızın, liseyimizin həyatında ictimai və mədəni dəyişiklikləri daima izləyirəm.Ölkəmizin həyatında baş verən yenilikləri rəsm əsərlərimdə əks etdirirəm. Eyni zamanda dərslərimi həvəslə oxuyuram. Dərs əlaçısıyam. İngilis, rus, fransız, italyan xalqlarının mədəniyyəti ilə maraqlanıb dillərini öyrənirəm. Azərbaycan və dünya klassik ədəbiyyatının bədii nümunələrini mütaliə etməyi çox sevirəm. Bildirmək istərdim ki, bu günə qədər müxtəlif müsabiqələrin iştirakçısı və qalibi adına layiq görülmüşəm. Gələcək arzum Azərbaycanı bütün dünyada tanıtmaq, onun torpaqlarının bütövlüyünü təmin etmək üçün diplomat kimi fəaliyyət göstərməkdir. Azərbaycanın inkişafı, Baki şəhərinin abad görünüşü, gözəlliyi məni həmişə sevindirir. Eyni zamanda məni müasir insan münasibətlərinin inkişafı daha çox düşündürür.İstəyirəm ki, uşaqlar arasında düzgün münasibətlər formalaşsın.Mən öz həmyaşıdlarımın üzündə həmişə xoşbəxt təbəssüm görmək istəyirəm.Yaşadığım Baki şəhərində ətrafımda olan uşaqların müxtəlif problemləri ilə mütəmadi olaraq qarşılaşıram. Hər şeydən əvvəl həmyaşıdlarım 5 günlük dərs həftəsində dərsə gecikirlər.Bunun həlli yolunu şəhər nəqliyyat vasitələrinin düzgün tənzimlənməsində və tıxacların sayının azaldılmasında görürəm.Həm də yaxşı olar ki, Avropa ölkələrində olduğu kimi ölkəmizdə də vahid iş saatı prinsipi müxtəlif iş saatları normasına dəyişdirilsin. Bu zaman paytaxtımızda tıxacların sayı və nəqliyyat vasitələrində sərnişin sıxlığı azalar. Qarşılaşdığım digər bir problem ailədə yeniyetmə uşaqların başa düşülməməsi və onlarla daimi səmimi ünsiyyətin qurulmamasıdır. Çıxış yolunu valideynlərin övladlarına daha çox vaxt sərf etməsində görürəm. Daha sonra məni narahat edən bir hal uşaqların təhsildən kənar qalaraq əmək bazarına cəlb olunması, onların iş qüvvəsinin istismarıdır.Həll yolunu dövlət və ictimai təşkilatların həmin ailələrə təsiri, daim nəzarət və kömək edilməsində görürəm.Mən müasir yeniyetmə kimi həmyaşıdlarımı müdafiə etməyi özümə borc bilirəm.
28.02.2005
Könüllü
Könüllü
"Eco friends lahiyə icraçısı olmuşam No hate no speech Stand up Stand strong Stand together Öz şəhərini Dəyiş Falk art festivalında könüllü kimi fəaliyyətim mövcuddur.Bununla yanaşı bir neçə təşkilatlarda könüllü kimi fəaliyyətlərim də mövcuddur. "
22.11.2001