Kreativ Azərbaycan könüllüsü olmağın üstünlükləri

Müxtəlif tədbirlərdə iştirak edərək könüllülük təcrübəsi əldə etmək;
Asudə vaxtın səmərəli təşkili istiqamətində “Kreativ Azərbaycan Könüllüləri” Hərəkatı çərçivəsində təşkil edilən ödənişsiz kamplar, təlimlər, intellektual oyunlar və s. bu kimi fəaliyyətlərdə iştirak;
Yaradıcılığın müxtəlif sahələrində nailiyyətlər əldə etmiş, tanınan simalarla görüşərək onların təcrübələrindən faydalanmaq;
Davamlı uğurlu fəaliyyətə görə əlamətdar günlər və il yekunu tədbirlərdə müxtəlif nominasiyalar üzrə təsis olunmuş mükafatlar qazanmaq;
Könüllülərə veriləcək bütün mədəniyyət müəssisələrində tanınan, xüsusi nömrəli bədclər vasitəsilə hər hansısa bir mədəni tədbir çərçivəsində müəssisəyə giriş və könüllü fəaliyyət təklifi.