DİZAYN, MEMARLIQ, YARADICILIQ

DİZAYN

Dizayn işində ən maraqlı cəhət onun müxtəlif üsullarla təfsir edilməsi və məhz buna görə də dəqiq tərifə malik olmamasıdır. Lakin, bir məsələ dəqiqdir ki, dizayn hər zaman müəyyən məqsədə xidmət edir, məsələn bu insanlara zövq bəxş etmək üçün hazırlanan məhsul, yaxud yekun istifadəçinin istehlakı üçün nəzərdə tutulan məhsul ola bilər. Bazardakı iri istehsalçının və ya kiçik startap markasının istehsal etməsindən asılı olmayaraq, bu yekun məhsulların ümumi iqtisadiyyata göstərə biləcəyi təsir astronomik ola bilər.

Yaxşı dizayn birinci növbədə insanları düşünür. O, problemləri həll etmək üçün yaradıcılıqdan istifadə edir, düşüncələrə meydan oxuyur və həyatı daha da təkmilləşdirir. Dizaynerlər iqtisadiyyatın bütün sahələrində fəaliyyət göstərirlər. Onlar daha yaxşı yerlər, daha yaxşı məhsullar, daha yaxşı proseslər və daha yaxşı fəaliyyət yaradaraq, daxili mühitin, rəqəmsal dünyanın və istifadə etdiyimiz məhsulların və xidmətlərin modelini tərtib edirlər.

Böyük Britaniyanın “Dizayn İqtisadiyyatı üzrə Hesabatı” (2018-ci il) Böyük Britaniyada dizaynın vəziyyətinin hərtərəfli nəzərdən keçirilməsini təmin edir və yeni dizayn dəyərlərini və təsirlərini izah edən məlumatlar və sübutlarla zəngindir. Dizayn iqtisadi inkişafa təkan verməklə, məhsuldarlığı artırmaqla və innovasiyaları stimullaşdırmaqla müharibədən sonrakı aviasiyanın inkişafı, dizayn edilmiş robotların hazırlanması və hazırda süni intellekt məhsullarının yaradılmasına qədər bir sıra nailiyyətlərin əldə olunmasında başlıca rol oynamışdır. 2018-ci il üzrə bu hesabatda Böyük Britaniya iqtisadiyyatı üçün dizayn sənayesində və ya kənarda daha geniş biznes sektorlarında fəaliyyət göstərən dizaynerlər tərəfindən yaradılmış dəyərlər nəzərdən keçirilir. Bu, Böyük Britaniyanın inkişafı və iqtisadiyyatın gələcək sektorları üçün dizaynın davamlı əhəmiyyətini nümayiş etdirir:

 

- Dizayn yüksək dəyərə malikdir və getdikcə artır: dizayn iqtisadiyyatı 2016-cı ildə Böyük Britaniyaya 85.2 milyard funt sterlinq dəyərində ümumi xalis gəlir qazandırıb. Bu isə Böyük Britaniyanın ÜDM-sinin 7%-ni təşkil edir və tədarük, nəqliyyat, təchizat və ərzaq sektorlarının gəlir həcminə bərabərdir.

- Dizayn iqtisadiyyatının miqyası artır: 2016-cı ildə dizayn sahəsində 1,69 mln. nəfər işləyib. Bu isə son hesabatla müqayisədə 6% artıma bərabərdir ki, bu da 99 604 yeni iş yeri deməkdir (2014-cü ildən bəri Böyük Britaniya üzrə orta göstərici ilə müqayisədə 4%). Əgər dizayn iqtisadiyyatı sektor olsaydı, bu, Böyük Britaniyada doqquzuncu ən böyük məşğulluq sektoru olardı. Bu meyar onu mehmanxana sektoru (1,6 milyon işçi) və logistika sektoru (1,5 milyon) ilə müqayisə etmək imkanı verir.

- Böyük Britaniyanın dizayn məhsullarına və xidmətlərinə tələb var və onlar bütün dünyada tanınır: dizaynın əsas töhfə verdiyi sahə olan ümumi ixracatın həcmi 48,4 milyard funt sterlinq təşkil edib ki, bu da həmin il üçün Böyük Britaniyanın ümumi ixrac həcminin 7%-ni təşkil edir. Daha geniş iqtisadiyyatla müqayisədə, bu dəyər 2009-cu ildən (eyni dövr üzrə ümumilikdə Böyük Britaniya iqtisadiyyatının -3,1% ilə müqayisədə) yalnız 1,6% artım səviyyəsində zəifləmişdir.

- Dizayn sahəsinə yatırılan investisiyalar artır: 2015-ci ildə Britaniya firmaları dizayn sahəsinə 14,7 milyard funt sterlinq sərmayə yatırıblar. Təhlillər onu göstərir ki, firmalar dizayn sektoruna sərmayə qoyduqları zaman əsasən, elmi-tədqiqat və araşdırma kimi digər qeyri-maddi sahələrə daha çox sərmayə yatırırlar və onları yeniliklər icad etmək və əlavə dəyər yaratmaq üçün sinergetik olaraq qarşılıqlı şəkildə fəaliyyət göstərməyə sövq edirlər.

- “Dizayn İqtisadiyyatı üzrə Hesabat (2018)” dizaynın Böyük Britaniyaya verdiyi əhəmiyyətli töhfəni vurğulayır. Bu dəyər getdikcə artır. Böyük Britaniya kimi inkişaf etmiş iqtisadiyyata malik ölkələr yeni texnologiyalara və biznes modellərinə yiyələndikcə, dizayn sahəsində bilik və bacarıqlara tələbat getdikcə artır. Dizayn və dizayn bacarıqları bizə planlaşdırılmayan tələblərə cavab vermək üçün imkanlar yaradır və ölkələrin dünyadakı gələcəyini idarə edəcək inkişaf, innovasiya və yeni iş yerlərinin yaradılması şərtlərini təşviq edir.

 

MEMARLIQ

Memarlıq «architecton» - yunan sözüdür, mənası - yüksək usta memar deməkdir. Memarlıq - inşaat incəsənətidir. Gözəllik qanunu əsasında gerçəkliyi formalaşan yaradıcılıq növüdür. İnsan cəmiyyətinin inkişaf tarixi dünya sivilizasiyasının bütün mərhələlərində memarlıq abidələrində əks olunurdu.

Memarlıq insanların istirahəti və fəaliyyəti üçün tələb olunan məkan mühitini əmələ gətirən bina və qurğulardır. Memarlıq sənəti isə bina, körpü, qəsr və digər tikililərin etibarlılıq və gözəllik qanunlarına uyğun olaraq yaradılması sənətidir. İnsan cəmiyyətinin inkişaf tarixi dünya sivilizasiyasının bütün mərhələlərində memarlıq abidələrində əks olunurdu. Memarlıq tikililəri ən böyük və müşahidə etmək üçün açıq, əlverişli dövrün abidələridir. Onlar şəhərin görkəmini formalaşdırır.

Memarlıq sənəti xalqımızın ən qədim və möhtəşəm sənət növlərindən biridir. Yaşadığımız dövrə gəlib çatmış erkən orta əsrlərdə yaradılmış tarixi memarlıq abidələri bunun sübutudur. Azərbaycan memarlığı dünya memarlığına böyük töhfələr verib. Tanınmış memar Zaha Hadidin layihəsi ilə inşa olunmuş Heydər Əliyev Mərkəzi dünya memarlıq siyahısına daxil edilib.

2019-cu il Bakıda keçirilən UNESKO-nun Dünya İrs Komissiyasının sessiyasında xalqımızın ən qədim mədəniyyət ocaqlarından olan Şəki şəhərinin Yuxarı Baş ərazisi UNESKO-nun Dünya Əhəmiyyətli Abidələr siyahısına daxil edildi. Son onilliklər ərzində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Mədəniyyət Nazirliyi, Milli Elmlər Akademiyası tarixi memarlığımızın tədqiqatı sahəsində böyük işlər görmüşlər. Onlarla abidə bərpa olunmuş, ölkənin bir sıra bölgələrində arxeoloji qazıntılar aparılmış və nəticə olaraq tarixi Misir piramidalarından qədim olan bir neçə şəhər tapılmışdır. Bu şəhərlərin 3-5 min il öncə salınması xalqımızın qədim və yüksək mədəniyyəti haqda xəbər verir.

Memarlar Günü Beynəlxalq Memarlar İttifaqının təşkil olunması ilə eyni vaxtda - 1946-cı ildə İsveçrənin Lozanna şəhərində təsis edilib. Həmin vaxtdan başlayaraq hər il oktyabr ayının birinci bazar ertəsi Memarlar Günü kimi qeyd olunur.

Memarlıq sənayesi yaşayış, institusional, istirahət, kommersiya, sənaye binaları və qurğularının layihələndirmə, inşaat prosedurları, zonalara ayrıma qaydaları və tikinti materiallarına aid bilikləri tətbiq etməklə bu bina və qurğuların planlaşdırılması və layihələndirilməsi ilə məşğul olan müəssisələrdən ibarətdir.

Yaradıcı sənayelər üzrə son qlobal hesabata əsasən, 2013-cü ildə Memarlıq sənayesi 222 mlrd dollar gəlir əldə edib və bu sahədə 1,668,000 nəfər çalışmışdır.

 

MODA SƏNƏTİ

Moda həmişə insanların özlərini və başqalarını necə müəyyənləşdirməsinin vacib bir hissəsi olmuşdur. Belə ki bu güclü bir təsir vasitəsi kimi hesab edilə bilər.

Texnologiyadakı son təkamüllər, oxucu vərdişləri və ictimai siyasət nəşriyyatın mahiyyətini dərin dəyişdirərək qlobal sənayenin simasını dəyişdirməyə davam edir.

Bu birbaşa ola bilər: araşdırmalara əsasən biz kostyum və ya forma geymiş insanlar tərəfindən verilən əmrlərə daha çox güvənirik və hətta ona itaət edirik. Eyni zamanda modanın təsiri dolayı da ola bilər və zərif bir güc şəklində ola bilər. Vellinqton çəkmələrindən Qandi şalına və Maonun "Mao-kostyum"una; Elizabet qırmalı yaxasından Diana donlarına və Tetçerin çantalarına qədər, məşhur şəxsiyyətlər müəyyən geyimlə vəhdət təşkil edirlər, bununla da onlar bundan tez-tez özlərinin və ya öz ölkəsinin imicini nümayiş etdirmək üçün şüurlu şəkildə istifadə edirlər.

Hal-hazırda, moda fikir üzrə güclü vektordur və ölkənin beynəlxalq nüfuzuna öz vacib töhfəsini verir. Məsələn, Böyük Britaniyada hazırda təxminən 555.000 nəfər Birləşmiş Krallıqda yerləşən moda, tekstildə və moda, toxuculuq və pərakəndə moda sektorunda çalışır. Moda ilə bağlı sahələrdə iş yerlərinin əksəriyyəti geyim pərakəndə satışındadır. Bu yarım-sahədə 75 faiz, yəni 414 000 nəfər insan geyimin pərakəndə satışında fəaliyyət göstərir. Həmçinin ayaqqabı və dəri məhsullarının istehsalçılarının pərakəndə satışı 11 faiz, 59 000 işəgötürənlə birlikdə moda sahəsində kifayət qədər çoxlu iş yerlərinin olmasını təmin edir.

Digər 8 faiz, yəni 43 min işəgötürən, geyim və ayaqqabıların topdan satışı sahəsində çalışır. Müvafiq olaraq 5000 vəzifədə 34,000, 6 faiz və 1 faizlə, ən az iş yerləri geyim istehsalı və ayaqqabı istehsalının payına düşür.

Amma Britaniya modası zərif güc, eləcə də iqtisadi üstünlüklərə malikdir. Böyük Britaniya dünyanın 20 aparıcı moda universitetlərindən altısı ilə fəaliyyət göstərən moda təhsili sahəsində dünya lideridir. Ali təhsil sektorunun çoxunda olduğu kimi, Tələbə cəmiyyəti hər il Britaniya moda kurslarında çıxış edən Çin və Şərqi Asiyadan olan təxminən 1,500 beynəlxalq tələbəyə malik yüksək dərəcəli beynəlxalq bir cəmiyyətdir. Bu cür beynəlxalq xarakter Böyük Britaniya hüdudlarından kənarda yaranan London Moda Həftəsində çox saylı podium dizaynerlərin iştirakı ilə özünü geniş sahədə göstərir.

Moda dəyişə bilər, lakin moda həmişə bizimlə olub və olacaq. İnsanlar paltar və aksessuarları geyindiyi müddətdə, onlar şüurlu və ya şüursuzca bir-birinin geyim tərzinə təsir edəcəklər. Moda ilə zərif güc arasındakı əlaqə bu səbəblə sarsılmaz və möhkəm qalacaq. Və moda ölkənin nüfuzunu əks etdirəcək, eyni zamanda onun iqtisadiyyatına fayda verəcək.